İngiltərənin Baş naziri Boris Conson koronavirusa qarşı müalicə zamanı 7 kilo çəki itirdiyini deyib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Baş nazir ingilis vətəndaşlarına da bu barədə çağırış edib. O bildirib ki, “Arıqlamaq lazımdır çünki kökəlmə koronavirusu daha da pis hala gətirə bilər”.
Qeyd edək ki, ən son statistik açıqlamalara görə İngiltərədə hər 4 nəfərdən 1-i kökəlmə riski altındadır.