Türkiyə təhlükəsizlik qüvvələri Tunceli vilayətində antiterror əməliyyatı keçirib.
Unikal.org xəbər verir ki, əməliyyat nəticəsində məhv edilən terrorçulardan biri “Savaş Fırat” ləqəbli Yahya Atmaca olub.
Türkiyə Daxili İşlər Nazirliyi onun ələ keçirilməsi üçün 1 milyon lirə vəsait ayırmışdı.
Qeyd edək ki, terrorçu Y.Atmaca 2011-ci ildə bir polis zabiti və onun həyat yoldaşının öldürüldüyü terror aktında və digər cinayətlərdə ittiham olunurdu.