25 və 26 iyul tarixlərində its.gov.az portalından vətəndaşlara koronavirus testinin nəticələri haqqında göndərilən məlumatda texniki xəta ilə əlaqədar yanlışlıq olub.
Unikal.org xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat yayıb.
Agentlik qeyd edilən tarixlərdə its.gov.az portalından SMS-lə mesaj alan şəxslərdən rica edir ki, testin nəticəsini nəzərə almasınlar.
27 iyul tarixindən başlayaq test nəticələri ilə bağlı vətəndaşlara yeni SMS-lər göndəriləcək: "Sistemdə baş verən texniki xətaya görə üzr istəyirik".
Qeyd edək ki, TƏBİB İcbari Tibbi Sığorta Agentliyinə tabedir və İdarə Heyətinin sədri Ramin Bayramlıdır. Bilavasitə koronavirus testlərini və müalicəni TƏBİB həyata keçirir. Bu qurum əhalinin sağlamlığı üzərində aparılan eksperimentlərin fəal icraçısı kimi fəaliyyət göstərir.
Xatırladaq ki, bu insanlara səhv məlumat verilməsi ilə bağlı yaranan ilk belə hal deyil.