Əfqanıstanın Hilmənd vilayətində iki partlayış baş verib.
Unikal.org RİA “Novosti”yə istinadən xəbər verir ki, iki avtomobildə olan partlayıcı qurğu işə salınıb.
Nəticədə təhlükəsizlik qüvvələrinin 5 əməkdaşı ölüb, üçü yaralanıb.
Hələlik, heç bir terror qruplaşması partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib.