BMW-nin 80-ci illərdə istehsalına başladığı M3 E30 şirkətin əsas avtomobillərindən biri olmağı bacarıb. Bu gün də yollarda gördüyümüz bu nəqliyyat vasitələrindən biri bu yaxınlarda təəccüb doğuracaq qiymətə satılıb.
Unikal.org xəbər verir ki, BMW M3 E30 2,3 litr həcmli mühərrikə malikdir. Bu 170 at güclü mühərrik 230 Nm fırlanma anı ilə çox yaxşı performans təqdim edir. 80-ci illərin əvvəllərində istehsal olunmağa başlayan M3 E30 1991-ci ilə qədər istehsal edilib. Ancaq avtomobilə olan maraq o qədər yüksəkdir ki, bu gün də 88 M3 BMW M3 heyrətləndirici qiymətlərlə satıla bilir.
BMW fabrik orijinallığını qoruyub saxlayır. Üstəlik, model cəmi 13 min kilometr yol gedib. İlk sahibinin istifadə edə bilmədiyi bu BMW M3 başqalarının da diqqətini çəkir.
Bu 1988 model BMW M3 E30-un bütün hissələri fabrik istehsalıdır və qırmızı rəngi tamamilə orijinaldır. Avtomobilin daxili hissəsinin xarici qədər təmiz olduğunu bildirməliyik.
Sahibinin qoruya bildiyi bu BMW M3 E30 250 min dollara satılıb. Təxmin etdiyiniz kimi, avtomobili bu qədər baha qiymətə alan şəxs istifadə etməkdən daha çox kolleksiya məqsədi güdür.
Bildirək ki, 1988-ci il BMW M3 E30 əvəzinə yeni sahibi təxminən iki ədəd BMW M8 Gran Coupe ala bilərdi.