ABŞ-da son sutkada  65 min 490 nəfər yeni növ koronavirusa (COVİD-19) yoluxub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki,  bununla bağlı Con Hopkins Universiteti məlumat yayıb.

Beləliklə, COVİD-19 infeksiyasına yoluxanların sayı 4 milyon 178 min 730 -ə çatıb.

Ötən sutka ABŞ-da koronavirusa yoluxan 900 nəfər ölüb. Beləliklə, ölkədə COVİD-19 infeksiyasına yoluxma nəticəsində ölənlərin sayı 146 min nəfəri ötüb.