Rusiyanın Çelyabinsk vilayətinin Maqnitoqorsk şəhərində beş yaşlı uşaq yaşadığı evin yeddinci mərtəbəsindən yıxılıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində azyaşlı sağ qalıb.
O, dərhal qonşuların köməyi ilə xəstəxanaya çatdırılıb.
Bildirilib ki, azyaşlı evdə babası ilə qalıb. Pəncərənin açıq olduğunu görən uşaq həyətə baxmaq istəyib və yıxılıb.