Vyetnamın mərkəzi Kuanq Bin əyalətində turist avtobusu aşıb.
Unikal.org xarici mediaya istinadən xəbər verir ki, döngələrin birində idarəetməni itirən sürücü yoldan çıxıb və avtobus dərəyə yuvarlanıb. Nəticədə 9 nəfər hadisə yerində, 5 nəfər isə xəstəxanada dünyasını dəyişib. Avtobusda ümumilikdə 40 nəfər olub.
Onların əksəriyyətinin taleyindən xəbər yoxdur, axtarışlar davam etdirilir.