“Hanna” qasırğası ABŞ-ın Texas ştatında 275 min 120 evin elektrik enerjisi təchizatının dayanmasına səbəb olub.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, sürəti saatda 150 km olan və leysan yağışla müşahidə edilən qasırğa dünən Texas sahillərinə çatıb, bu gün isə zəifləyərək fırtınaya çevrilib.
Bununla belə, leysan yağışlar təhlükə yaradır, lokal subasmaya səbəb olacağı ehtimal edilir.