Rusiya Federasiyasının Dağıstan Muxtar Respublikasının Kasavyurt şəhərində dəhşətli yol nəqliyyat hadisəsi baş verib. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hadisə anı ərazidəki müşahidə kameralarına anbaan əks olunub. 

Hər iki avtomobilin sürətli hərəkət etməsi dəhşətli sonluqla bitib. Belə ki, avtomobillərin toqquşması nəticəsində 5 nəfər həyatını itirib. Qəza nəticəsində arxadan gələn digər avtomobillərə də ziyan dəyib.