Dünyaca məşhur "Kim milyonçu olmaq istəyir?” şousunun amerikalı aparıcısı, aktyor Redcis Filbin 88 yaşında vəfat edib.

Unikal.org xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Twitter" hesabında paylaşım edib.

R.Filbinin dostu olduğunu vurğulayan prezident onu sevənlərə başsağlığı verib.

"Televiziya tarixinin ən böyüklərindən biri olan Redcis Filbin 88 yaşında daha böyük efir dalğalarına keçdi. O möhtəşəm bir insan və mənim dostum idi. Prezidentliyə namizəd olmağım üçün təkid edib. Redcis, səni sevirik...", - deyə D. Tramp paylaşımında qeyd edib.