Monqolustanda qeyri-müəyyən müddətə karantin elan edilib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb ölkədə bubonik vəba xəstəliyinə yoluxmanın qeydə alınmasıdır.

Belə ki, 39 yaşlı Uliastay sakini yüksək temperatur, əzələ və baş ağrıları şikayəti ilə xəstəxanaya müraciət edib. Onun 1 həftə əvvəl qunduz əti yediyi öyrənilib. Qunduzların bubonik vəba xəstəliyinin daşıyıcıları olduğu nəzərə alınaraq xəstə izolyasiya olunub.

Xəstənin ünsiyyətdə olduğu 9 nəfər isə özünütəcrid rejimində saxlanılır.