Fransada koronavirus pandemiyası ilə mübarizə çərçivəsində Covid-19 testi etmək pulsuz olacaq.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Fransa Səhiyyə Naziri Olivye Veran açıqlamasında reseptlə alınan 54 avro (107 manat) dəyərində olan Covid-19 sürətli tanıma testini resept olmadan və pulsuz vətəndaşların ixtiyarına buraxdığını deyib.
Mütəxəssislər testin pulsuz olduğu təqdirdə, pandemiyaya qarşı daha uğuru nəticə əldə ediləcəyi qərarına gəldikləri üçün nazir vətəndaşlara belə bir jest edib.