Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa daha (COVID-19) 6 yoluxma halı qeydə alınıb.
Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 137 nəfərə çatıb.
Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə 6 439 nəfər karantində saxlanılır, 326 nəfər isə stasionar şəraitdə müalicə olunur. Virusa yoluxanlardan 922 nəfərin sağaldığı, 16 nəfərin isə vəfat etdiyi bildirilir.