Çeçenistan lideri Ramzan Kadırov Rusiya telekanallarına müsahibəsidə ABŞ-ın onu sanksiyalar siyahısına salmağını ədalətsizlik adlandırıb.
Unikal.org xəbər verir ki, Çeçenistan rəhbərinin sözlərinə əsasən, o, insan hüquqlarını pozmayıb, əksinə beynəlxalq terrorizmlə mübarizə aparır.
“Nə zaman insan hüquqlarını pozmuşam? Biz beynəlxalq terrorizmlə mübarizə aparırıq, müharibəni dayandırmışıq. Düşünürdüm ki, mənə Nobel mükafatı veriləcək, onlar isə mənə qarşı sanksiya yürütdülər. Ədalətsizlikdir”, - deyə Kadırov bildirib.
Qeyd edək ki, ABŞ Dövlət Departamenti R.Kadırovu insan haqlarını pozmaqda ittiham edərək, ölkəyə girişinə qadağa qoyub.