Rusiyada son bir gündə daha 5 635 nəfər koronavirusa yoluxub.
Unikal.org xəbər verir ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 818 120 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 85 nəfər artaraq 13 354-ə yüksəlib.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 603 329 nəfər sağalıb. Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 694 nəfər.