İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 212 nəfər vəfat edib.

Unikal.org xəbər verir ki, bununla da İranda koronavirusdan ölənlərin sayı 15 912 nəfərə çatıb. İranda son sutka ərzində koronavirusa 2 434 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 293 606 nəfərə çatıb.

İndiyədək xəstəlikdən 255 144 nəfər sağalıb. Hazırda virus daşıyıcısı olan xəstələrdən 3 819 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.