ABŞ Prezidenti Donald Trampa “Mr. Make Matters Worse” (Vəziyyəti pisləşdirən, Mister) ləqəbi verilib.
Unikal.org xəbər verir ki, dövlət başçısını bu adla Konqressin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi koronavirusla bağlı vəziyyətə görə “mükafatlandırıb”.
O, Trampı infeksiyanın yayılmasının qarşısını almaq üçün məhdudlaşdırıcı tədbirlərin tətbiqini yubatmaqda ittiham edib.
Lakin “Twitter” istifadəçilərinin prezidentə verilən yeni ləqəblə bağlı fikri bölünüb. Belə ki, Trampın tərəfdarları Nensi Pelosini tənqid atəşinə tutub, bir qrup istifadəçi isə onu dəstəkləyib.