Şimali Koreyada ilk koronavirusa yoluxma faktı qeydə alınıb.

Unikal.org xəbər verir ki,  bu barədə dövlət mətbuat orqanları bildirib.

Qeyd olunub ki, virus Cənubi Koreyadan geri qayıtmış şəxsdə aşkar edilib.

Həmin şəxsin 3 il əvvəl Şimali Koreyadan Cənubi Koreyaya qaçdığı bildirilib.

Bu günədək Şimali Koreyada koronavirusa yoluxma hallarının olub-olmaması barədə məlumatlar qeydə alınmamışdı.