Rusiyanın Perm bölgəsindəki Kama gölündə olan iki nəfər boğulmaqdan son anda xilas edilib. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, göldə üzən 32 yaşlı qadın anidən boğulmağa başlayıb. Bu zaman ətrafda olan şəxs qadına kömək etməyə çalışıb. Lakin qadınla birlikdə o da boğulmağa başlayıb.  

Belə ki, ərazidə olan 30-a yaxın adam  2 nəfəri xilas etmək üçün zəncir yaradıb. Gölə girənlər, boğulma təhlükəsi olan 2 nəfəri əllərindən tutaraq çıxara biliblər. 

Həmin anlar kameraya əks olunub. Qısa zamanda sosial mediada paylaşılan bu görüntülər gündəm yaradıb.