Filippinin cənubunda 5,7 bal gücündə zəlzələ baş verib.

Unikal.org xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Zəlzələ UTC vaxtı ilə saat 17:32-də qeydə alınıb.

Yeraltı təkanların episentri Butuan şəhərindən 80 km şərqdə, Mindanau adasında, ocağı isə 39 km dərinlikdə yerləşib.

Dağıntı və tələfatla bağlı məlumat yoxdur.