Müdafiə Sənayesi Nazirliyinə məxsus “Xaçmaz Kondensator Zavodu” MMC-nin direktoru Telman Məlikov vəzifəsindən azad edilib.
Unikal.org report.az saytına istinadən xəbər verir ki, müəssisəyə rəhbərlik Maarif Bağırova həvalə olunub.
O, bundan əvvəl Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) əməkdaşlarını qida ilə təchiz edən “Xəzər İaşə” MMC-nin ümumi məsələlər üzrə direktor müavini işləyib. Yeni direktor paralel olaraq Azərbaycan Karate Federasiyasının prezidenti kimi fəaliyyət göstərir.