Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xoş xəbər
12:57 11-12-2012
İQTİSADİYYAT
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xoş xəbər
Xidmətin qulluqçularının sosial müdafiəsi və təminatı ilə bağlı qaydalar müəyyənləşib
Nazirlər Kabineti Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qulluqçularının sosial müdafiəsi və təminatı ilə əlaqədar bir sıra qərarlarında dəyişikliklər edib. Nazirlər Kabineti “Azərbaycan Respublikası hərbi qulluqçularının və hərbi mükəlləfiyyətlilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” 1994-cü il 17 fevral tarixli 67 nömrəli qərarında dəyişikliklər edib.
Qərarın adı dəyişdirilərək “Azərbaycan Respublikası hərbi qulluqçularının və hərbi vəzifəlilərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” qərar olub. Dəyişikliyə əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Əsasnaməsi təsdiqlənməlidir. Toplanışlara çağırılmış hərbi vəzifəlilərə toplanışda olduqları müddət ərzində, hərbi hissəyə gedib-gəlmək üçün yola sərf etdiyi vaxt da daxil olmaqla, toplanışa çağırılmış hərbi vəzifəlinin özünə əsas iş yerində orta aylıq əmək haqqı 26000 manatdan aşağı olmamaqla ödənilir. Müddətli xidmət hərbi qulluqçularının 16 yaşadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşadək) uşaqlarına qanunvericiliklə nəzərdə tutulmuş miqdarda sosial müavinət verilir
Nazirlər Kabineti “Hərbi qulluqçulara (hərbi təhsil müəssisələrinin ailəli kursantlarına) müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası məbləğinin müəyyən edilməsi haqqında” 2006-cı il 13 iyul tarixli 171 nömrəli qərarında da dəyişikliklər edib. 2006-cı il 13 iyul tarixli 171 nömrəli qərarın adında “hərbi təhsil” sözləri “xüsusi təyinatlı təhsil” sözləri ilə əvəzlənib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qulluqçularının müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası Azərbaycan Respublikasının hər il üçün təsdiq olunan dövlət büdcəsində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saxlanılması üçün nəzərdə tutulmuş vəsait dairəsində həyata keçiriləcək. Nazirlər Kabineti 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nda dəyişikliklər edib.
Beləliklə, “Əmək pensiyaları haqqında” qanuna əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğ olacaq. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların və ya həmin şəxslər vəfat etdikdə, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin müraciətləri əsasında, qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən 15 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün 5 iş günü ərzində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir. Hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu qaydalarda nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur.
Mahir
Digər Xəbərlər
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48