İndoneziya hökuməti xarici turistlər üçün sərhədləri bu ilin sonunadək açmayacaq.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin Dəniz məsələləri və investisiyalar üzrə naziri Luhut Binsar Pancaitan deyib.
O bildirib ki, hökumət əsas diqqətin daxili turizmə yönəldilməsi barədə qərar verib.
Onun sözlərinə görə, İndoneziya hökuməti daxili turizmin payını ümumi turizmin 70 faizinə çatdırmaq niyyətindədir.
Bu səbəbdən digər ölkələrin turistləri üçün sərhədlərin açılışı bu ilin sonunadək gözlənilmir.