Böyük Britaniyada qəribə evlilik təklif edilib.
Unikal.org xəbər verir ki, 52 yaşlı dublyor aktyor Riki Aş özünü yandıraraq 48 yaşlı sevgilisi Ketrin Dobsona evlilik təklif edib.
O, filmlərdə istifadə edilən zərərsiz atəşlə özünü yandırıb. Bununla da döyüş filmlərində təhlükəli səhnələri canlandıran dublyor koronavirusla mübarizə aparan tibb bacısı olan sevgilisini təəccübləndirməyə çalışıb.