ABŞ dövlət katibi Maykl Pompeo Belorusda beynəlxalq müşahidəçilərin nəzarəti altında yeni prezident seçkilərinin keçirilməsinə çağırıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Pompeo bu barədə Sloveniya baş naziri Yanez Yanşeylə danışıqların nəticəsinə dair mətbuat konfransında danışıb.
“Hesab edirəm ki, belorusdakı mövcud böhranın sülh yolu ilə həlli üçün beynəlxalq müşahidəçilərin ciddi nəzarəti altında yeni seçkilərin keçirilməsi lazımdır” – Pompeo deyib.