Son gün ərzində Türkiyədə koronavirusdan daha 21 nəfər ölüb.
Unikal.org xəbər verir ki, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.
Nazirin məlumatına görə, bununla da ölkədə pandemiya qurbanlarının ümumi sayı 5 912 nəfərə çatıb.
Fəxrəddin Qoca qeyd edib ki, son sutkada COVID-19-a 1 243 yoluxma aşkarlanıb. Beləliklə, Türkiyədə koronavirusa yoluxma hallarının sayı 245 635-ə yüksəlib.
Eyni zamanda son sutkada virusa yoluxmuş 1 243 pasiyent sağalıb. Hazırda Türkiyədə koronavirusdan sağalanların sayı 228 057 nəfər təşkil edir.