Nardaranda fəaliyyət göstərən daş karxanasının istismarı zamanı  ətrafa tozun  və səs-küyün yayılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan çoxsaylı şikayətlər araşdırılıb. 

Xidmətin rəis müavini Ramal Bağırov Unikal.org-a bildirib ki, araşdırma zamanı sözügedən ərazidə “Nardaran Daş Karxanası LTD” MMC-nin fəaliyyəti zamanı ətrafa tozun  və səs-küyün yayılması faktı təsdiqini tapıb. 

“Ətrafa səs-küy və tozun yayılmasının qarşısının alınması məqsədilə müəssisənin direktoruna məcburi göstəriş verilib”.