Saatlı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən velosiped istifadəçilərinin tam şəkildə yol hərəkəti qaydalarına riayət etməsi üçün maarifləndirmə məqsədli reyd keçirilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan Unikal.org-a verilən məlumata görə, Saatlı RPŞ-nin Dövlət Yol Polisi (DYP) Bölməsinin əməkdaşları tərəfindən keçirilən reydin əsas məqsədi velosiped istifadəçilərinin yol hərəkəti qaydalarına riayət etməsinə nəzarətin gücləndirilməsidir.
Gələcəkdə velosipedçilərin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün həmin şəxslərlə profilaktiki səpkidə söhbətlər aparılıb.
Eyni zamanda polis əməkdaşları hər bir velosiped istifadəçisinə koronavirus pandemiyasının yarada biləcəyi təhlükələr barədə geniş məlumat verib, onlara tibbi maskalar paylanılıb.