Şose velosipedi üzrə Azərbaycan yığmasının beynəlxalq yarışlara qayıdışı reallaşıb.
Unikal.org-un məlumatına görə, idmançılarımız Türkiyədə təşkil olunan Develi Qran-Prisində qüvvəsini sınayıb.
1.2 kateqoriyalı yarışa baş məşqçi Əbülfəz Məmmədovun rəhbərliyi altında qatılan yığmamız uğursuzluqla üzləşib. Təmsilçilərimizdən yalnız Musa Mikayılzadə 121,5 km məsafəni qət edə bilib. Qalibdən 20 dəqiqə 2 saniyə geri qalan idmançımız 15-ci yeri tutub.
Samir Cəbrayılov, Şahin Eyvazov, Nəcəf Bağırov və Mahmud Məmmədov yarıyolda qalaraq finişə çatmayıb. Elçin Əsədov isə diskvalifikasiya edilib.
Xatırladaq ki, Velosiped Federasiyasının rəsmi rəhbəri sabiq vergilər naziri Fazil Məmmədov olsa da, qurum vitse-prezident Sahib Ələkbərov tərəfindən idarə edilir.