Böyük Britaniyada son sutka ərzində koronavirusa (COVID-19) 3899 yeni yoluxma faktı qeydə alınıb, 18 nəfər infeksiyadan vəfat edib.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Britaniyada koronavirusa yoluxanların ümumi sayı 394 min 257, xəstəlikdən ölənlərin sayı isə 41 min 777 nəfərə çatıb.
Son günlər Böyük Britaniyada virusa yoluxma sayında kəskin artım müşahidə edilir. Ölkədə pandemiyanın ikinci dalğasının başladığı elan olunub.