20 yaşlı qadın dayə kimi getdiyi evin 13 yaşlı uşağından hamilə qalıb. Hadisə bir neçə il öncə İngiltərədə baş verib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, o vaxt 20 yaşı olan Lia Kordis bu hadisə ilöə bağlı yenidən məhkəmə qarşısına çıxıb.
Baxıcılığını üstləndiyi 13 yaşlı yeniyetmənin anası evdə olmamasını fürət bilən qadın onunla cinsi münasibətdə olub və hamilə qalıb. Hadisə ortaya çıxdıqdan sonra uşağın anası 20 yaşlı qadını məhkəməyə verib.
Lia övladının atasının 13 yaşlı yeniyetmə olduğunu deyib. Atalıq DNT testi ilə təsdiqləndikdən sonra dayə 13 yaşlı yeniyetmənin ona təcavüz etdiyini deyib.
2017-2018-ci illərdə dayəsi olduğu uşaqla dəfələrlə münasibətdə olan vaxt Lia Kordisin yeni evləndiyi ortaya çıxıb.
13 yaşlı oğlanın anasının bildirdiyinə görə, rəfiqələrindən biri ona "nənə olacaqsan" deməsindən sonra hadisədən xəbər tutub. Hətta ana bildirib ki, övladının uşaq yaşda ata olmasının böyük travma olduğunu deyib.
Ana bildirib ki, hazırda oğlunun 17 yaşı var, məhkəmə qərarına əsasən oğlu 18 yaşına qədər övladını görə bilməz.
Hətta araşdırmalar zamanı məlum olubb ki, qadın vaxtı ilə uşağa intim mövzulu mesajlar atıb. Bütün bunlardan sonra qadına 30 ay müddətinə həbs cəzası verilib.