Ötən həftə ərzində (21-25 sentyabr) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin orta qiyməti 0,31 ABŞ dolları və ya 0,74% artıb.
Unikal.org xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti həftə ərzində orta hesabla 41,86 dollara bərabər olub. Həftə ərzində ən yüksək göstərici – 42,46 dollar təşkil edib, ən minimal göstərici isə 41,45 dollar səviyyəsində olub.