“Ermənistan Müdafiə Nazirliyi yalan məlumatlar yaymaqla cəbhədəki məğlubiyyətlərini ört-basdır etməyə çalışır. Bir daha bildiririk ki, Azərbaycan hərbi qüvvələrinə məxsus heç bir təyyarə vurulmayıb”.

Unikal.org xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib. Onun sözlərinə görə, Azərbaycan Ordusunun əks-hücum əməliyyatları uğurla davam edir.

“Əks-hücum əməliyyatı nəticəsində Tərtər, Cəbrayıl və Füzuli rayonunun bir sıra kəndləri işğaldan azad edilib. Müxtəlif istiqamətlərdə düşmənin aktivliyinin qarşısı alınır: “Düşmən döyüşə qadınlardan sonra qocaları göndərir. Görünür ki, bu, düşmənin sonuncu ehtiyat qüvvələri olacaq”.