Almaniyada yaşayan azərbaycanlılar Qarabağ uğrunda döyüşlərdə əldə olunan uğurlara dəstək aksiyası keçirib.

Unikal.org-un Almaniyadakı nümayəndəsinin verdiyi məlumata görə, aksiyaya yüzlərlə soydaşımız, eləcə də yerli sakinlər də qoşulublar. Aksiyada "Erməni işğalına son", "Marş irəli, Azərbaycan əsgəri", "Qarabağ bizimdir. Qarabağ Azərbaycandır" şüarları səsləndirilib. 

Tədbir yerli əhali tərəfindən maraqla qarşılanıb.