Ermənistan silahlı qüvvələri tərəfindən əhalinin yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutması nəticəsində baş vermiş itkilərlə bağlı son statistika açıqlanıb.

Baş Prokurorluqdan Unikal.org-a verilən məlumata görə, 27.09.2020-ci il tarixdən 04.10.2020-ci il saat 15:30-dək erməni təxribatı nəticəsində 24 mülki şəxs ölüb, 111 nəfər yaralanıb. Bundan başqa 49 mülki obyektə, 248 yaşayış evinə ziyan dəyib.