“Cəbrayıl şəhəri və rayonun 9 kəndi işğaldan azad edilib”.

Unikal.org-un məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu gün xalqa müraciətində bəyan edib. 

Prezident İlham Əliyev Cəbrayıl rayonunun və digər ərazilərin azad edilməsində fəal iştirak etmiş bütün əsgər və zabitlərimizi ürəkdən təbrik edib: “Onların qəhrəmanlığı, şücaəti nəticəsində bu gün bizim doğma torpaqlarımız bizə qayıtdı. Bu qanlı döyüşlərdə həlak olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Yaralı hərbçilərimizə Allahdan şəfa diləyirəm”

Ali Baş Komandan qeyd edib ki, uzun illərdən sonra Cəbrayıl şəhəri azad edilib: “Cəbrayıl bizimdir!”