Hindistanın Haryana əyalətində 1,5 il əri Nareş tərəfindən tualetdə bağlı saxlanılan 35 yaşlı qadın xilas edilib.
Unikal.org haberler.com-a istinadən xəbər verir ki, Hindistanın bu əyaləti qadınlara qarşı zorakılığın ən çox qeydə alındığı üç əyalətdən biridir.
Xilas olunan qadın 1,5 il ərzində insanlıqdan uzaq şəraitdə yaşamaq məcburiyyətində qalıb. Ona hətta normal qida və su da verilməyib.
Nareş özünü müdafiə etmək üçün qadının guya "əqli qüsurlu" olduğunu iddia edib. Lakin xilasedicilər onun bu sözlərinin təsdiqlənmədiyini bildiriblər.
Qadının ərinə qarşı cinayət işi açılıb.Qeyd olunur ki, 17 il evli olan cütlüyün 3 övladı var.