“Mən hərbi attaşeləri Bərdəyə dəvət etmək istərdim”.
Unikal.org xəbər verir ki, bunu Azərbaycanda akkreditasiya olunmuş xarici ölkələrin səfirləri üçün bu gün ADA Universitetində keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Prezidentin köməkçisi deyib ki, hərbi attaşelərlə birlikdə sabah həmin ərazilərə baxmaq istəyir: “Təbii ki, onların da təhlükəsizliyini təmin etmək lazımdır. Bu cür hallarda da biz Ermənistan silahlı qüvvələrinin hücumlar etməsini görürük”.