Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransanın “Charlie Hebdo” satirik jurnalını təhqiredici karikaturaya görə məhkəməyə verib.
Unikal.org xəbər verir ki, iddia prezidentin adından vəkil Hüseyn Aydın tərəfindən Ankara Prokurorluğuna verilib.
Açıqlamada bildirilir ki, “Charlie Hebdo” nəşri jurnalistikanın əxlaqi və etik prinsiplərinə, "söz azadlığı" anlayışına uyğun gəlmir və Türkiyə liderinin şərəf və ləyaqətini pozur.
Xatırladaq ki, “Charlie Hebdo” Paris və Ankara münasibətlərindəki böhran çərçivəsində Ərdoğanın karikaturasını dərc etmişdi.