Türkiyəli məşhur aktyor Oqtay Kaynarca yenidən Azərbaycanla bağlı paylaşım edib.
Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, sənətçi ötən gün Bərdədə baş verən faciədən sonra İnstaqram “Story”də bunları yazıb:
“Üçüncü dəfə həyata keçirilən humanitar atəşkəsi 5 dəqiqə sonra üçüncü dəfə pozan Ermənistanı kəskin qınayıram. Bombalar yağdırdığı ərazidəki məsum insanların acılarını ürəkdən paylaşıram”.