Ölkəmizə qarşı Ermənistanın apardığı hərbi münaqişə ilə bağlı UNEC-in rektoru, professor Ədalət Muradova tərəfdaş xarici universitetlər, beynəlxalq təşkilatların rəhbərləri tərəfindən Azərbaycana dəstək məktubları ünvanlanır.
Unikal.org xəbər verir ki, Makedoniyanın Beynəlxalq Vizyon Universitetinin rektoru, Prof.Dr. Fadıl Hocanın ünvanladığı məktubda Azərbaycan torpaqlarını 30 ildir ki, işğal altında tutan Ermənistanın ölkəmizdə mülki yaşayış yerlərində müdafiəsiz və məsum insanlara qarşı törətdiyi silahlı hücumu qətiyyətlə pislənərək, qınanılır. İşğalçı Ermənistana qarşı beynəlxalq və özünümüdafiə hüququ çərçivəsində Azərbaycan dövlətinin öz ərazi bütövlüyü uğrunda apardığı müdafiə əməliyyatının tam dəstəkləndiyi bildirilir.
Prof.Dr Fadil Hoca Vizyon Universiteti adından şəhidlərimizə Allaha rəhmət, yaralı qardaşlarımıza şəfalar diləyib. Haqq-ədalətin bərpa olunaraq, Dağlıq Qarabağın işğaldan azad ediləcəyindən və gerçək sahiblərinin tezliklə öz torpaqlarına qayıdacağından əminliyini ifadə edib.