“İçərisində insanlar olan sərnişin avtobusunda yanğın olub”.
Unikal.org xəbər verir ki, bunu Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev Ermənistanın dünənki təxribatı ilə bağlı danışarkəın deyib.
O bildirib ki, hadisə nəticəsində 70-dən çox yaralı var:
“3 nəfər Bakı şəhərinə göndərilib, digər şəhər xəstəxanalarına da təxliyyə olunanlar var. Bura cəbhə zonasından 70 kilometr məsafədədir. Əsasən mülki şəxslər hədəf götürülüb. Qadağan olunmuş kasetli bomba atılıb ki, partlayarkən yayılsın və mümkün qədər çox dinc sakin həlak olsun.
Düşmən öz məqsədinə nail olmadı. Gəncədə, Qarayusifli kəndinə və Bərdə rayonuna atılan mərmilər insanları daha da birləşdirir. Biz Vətən müharibəsi aparırıq, bunun fərqindəyik. Bu gün hər kəs öz işi ilə məşğuldur. Belə şeylər bizi sarsıda bilməz. Bərdə camaatının da dediyi budur ki, biz arxa cəbhədəyik”.