Türkiyəli məşhur müğənni Doğuş qatıldığı proqramların birində şok etiraf edib.
Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, "YouTube" kanalında yayımlanan, dövrün ən populyar proqramlarından biri olan "Katarsisin" bu həftəki qonağı, tanınmış müğənni Doğuş qeyri-adi həyat açıqlamaları ilə gündəm yaradıb.
Belə ki, aparıcı Gökhan Çınarın hazırladığı suallara kəskin cavablar verən Doğuş, uşaqlığından küçələrə, küçələrdən səhnələrə qədər həyatının bilinməyən tərəflərindən bəhs edib.
"Ailəmdə görmədiyim sevgini küçələrdə tapacağımı sanırdım. Küçələrdəki dostlarımı qardaş bildiyim üçün, sonradan xəta etdiyimi anladım. Bu illər ərzində küçələrdə çox pis hadisələrlə üzləşdim. Dostlarımla oğurluq edərək, pul qazanmağa çalışırdıq. Corab oğurladığım üçün 4 yaşında həbsxanaya girdim. Orada mənə təcavüz etməsinlər deyə, problem yaradaraq, ürəyimdən şişləndim" - deyə o, bildirib.
Daha sonra tanınmış müğənni uşaq evində olarkən yaşadığı ağır iztirablardan söz açıb.
"Tibb bacılarından biri azyaşlı uşağı tualetə apararaq ona cinsi təcavüz etdi. Hətta bir gün belə şeylər yaşadığım üçün birini öldürməyə cəhd etdim. O vaxt bir parkın gözətçisi dostuma cinsi təcavüz etməyə çalışdı. O kişini ölümü üçün vurdum, amma ölmədi. Kaş ölərdi. Həmişə övladlığa götürülmək üçün dua edirdim, o dövrlərin məşhur adlarından biri də məni övladlığa götürmək istədi, amma mən ən son anda getmədim. Bir gün anamın məni götürməsinə ümid edirdim".
Qeyd edək ki, Doğuş azərbaycanlı aparıcı Xoşqədəm Hidayətqızı ilə evlidir. Cütlüyün Arda və Arın adında iki əkiz övladı var.