İzmirdə baş verən şiddətli zəlzələdən sonra üzücü xəbərlər gəlməyə davam edir.
Unikal.org xəbər verir ki, zəlzələnin dağıntıları altından "Çukur" serialında "Aliço" rolunu canlandıran Rıza Kocaoğlunun yaxın dostu Ali Çağın Kaygusuzun da cansız bədəni çıxarılıb.
Günlərdir dostunun dağıntılar altından çıxarılmasını gözləyən aktyora onun ölüm xəbəri verilib.
R.Kocaoğlu dostu ilə bağlı bədxəbəri hadisə yerində alıb.
Məlumata görə, axtarışlar zamanı o zəlzələ baş verən ərazidən uzaqlaşmayıb və dostunun çıxarılmasını gözləyib.
Aktyor yaxın dostunun ölüm xəbərini aldıqdan sonra birlikdə çəkilmiş fotosunu sosial şəbəkədə paylaşaraq "Sən bizim bitməyəcək şeirimizsən Ali" sözlərini yazıb.
Kocaoğlu bir müddət öncə "twitter" hesabından" Canım Ali dayan" paylaşımını etmişdi.