Dünyaca məşhur müğənni Adel 40 milyon sterlinq (təxminən, 87 milyon 770 min manat) dəyərindəki reklam təklifini rədd edib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, 45 kilo arıqlayaraq yeni görüntüsü ilə diqqət çəkən müğənninin iş təklifləri bitmək bilmir. Yeni albom təqdim etməyə hazırlaşan sənətçi nəinki bu təklifi, aralarında pəhriz planı, yemək şirkəti, yemək kitabı, məşq videosu hətta podium modelliyi kimi milyon dollarlıq işlərdə də yer almaq istəməyib.
Bildirək ki, ötən günlərdə "Saturday Night Live" verilişində aparıcılıq edən Adel yeni görüntüsü ilə bağlı bu zarafatı edərək sosial medianın "dilinə" düşmüşdü:
"Mən son görüşünüzdən sonra çox dəyişdiyimi bilirəm. Əslində, bütün "COVID" məhdudiyyətləri və səyahət qadağaları səbəbilə bədənimin yarısını gətirə bilmişəm".
Qeyd edək ki, Adel arıqlamağa həyat yoldaşı Simon Konekidən ayrıldıqdan sonra başlayıb.