Ermənistan parlamentinin keçmiş vitse-spikeri Eduard Şarmazanov həbs edilib.

Unikal.org xəbər verir ki, bu barədə TASS-a sabiq sədr müavininin köməkçisi Qegam Petrosyan bildirib. Şarmazanov Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb. O, parlamentin qanunsuz iclasını təşkil etməkdə ittiham olunur.

Keçmiş vitse-spiker ilkin olaraq 72 saat müddətində həbsdə qalacaq.