Ermənistanda müxalifət nümayəndələri Milli Təhlükəsizlik Xidmətinin binası qarşısına yığışıblar.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, aksiya iştirakçıları Ermənistan baş naziri Nikol Paşinyan istefasını tələb edirlər. Onların sözlərinə görə, hazırda ölkədə müxalifət partiyasının liderlərinin kütləvi həbsi həyata keçirilir.
Nümayişçilər Paşinyanın etdiklərindən Ermənistan xalqının qəzəbləndiyini qeyd ediblər.