Ermənilər artıq Kəlbəcər, Laçın və Ağdamdan çıxmağa başlayıb.

Unikal.org xəbər verir ki, onlar nifrət və xainliklərini yaşadıqları evləri yandırmaqla biruzə veriblər. Ən çox talançılıq isə sabah təslim ediləcək Kəlbəcər rayonunda baş verir. Daşıya biləcəkləri əşyaları maşınlarına yükləyən ermənilər evlərə benzin tökərək yandırırlar.

Ermənilər mağaza, idarə binalarını yararsız hala salırlar və eyni mənzərə Laçınla Ağdamı da gözləyir.

Fotolardan ermənilərin evlərin dam örtüklərini, odun parçalarını, məişət əşyalarını özləri ilə apardıqları əks olunub.