Ermənistan Müdafiə Nazirliyinin Hərbi Nəzarət Xidmətinin rəisi, general-polkovnik Movses Akopyan istefa ərizəsi yazıb.
Unikal.org xəbər verir ki, bu barədə “Sputnik” Ermənistan məlumat yayıb.
M. Akopyan mətbuata açıqlamasında istefa ərizəsini yazdığını təsdiqləyib, amma bunun səbəbləri barədə danışmaq istəmədiyini bildirib.
Qeyd edək ki, M. Akopyan 2007-2015-ci illərdə separatçı quldur rejimin işğalçı qüvvələrinə başçılıq edib.